Prezidentin köməkçisi: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edirbackend

Prezidentin köməkçisi: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdəki hesabında Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam etdirməsi ilə bağlı paylaşım edib.

“Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir”, – deyə Azərbaycan Prezidentinin köməkçisi Tvitter səhifəsində yazıb.

NOCOMMENT xəbər verir ki, Prezidentin köməkçisi bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

Hikmət Hacıyev həmçinin əlavə edib ki, hazırda ən azı yeddi mülki şəxs, o cümlədən qadınlar öldürülüb. Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb.