Prezidentin köməkçisi: Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışırbackend

Prezidentin köməkçisi: Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti dünyanın aparıcı media orqanlarına 24-dən artıq müsahibə verib. Həmin müsahibələr zamanı Azərbaycan reallıqları dünyanın diqqətinə çatdırılıb”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini də imitasiya etməyə çalışır: “Biz bu kimi müsahibələrdə provakativ sualları da görürük. Ancaq dövlət başçısı tərəfindən reallıqlar olduğu kimi çatdırılır”.