“Prezidentin köməkçisi Hikmət Hacıyevdən nə xəbər?” – İlham Məmmədzadəbackend

“Prezidentin köməkçisi Hikmət Hacıyevdən nə xəbər?” – İlham Məmmədzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran ilə bağlı son baş verənlər, Qarabağda və dünyada ermənilərin aktivləşməsi, mühacir müxalifətin xarici xüsusi xidmət orqanlarının ölkəmizə və dövlətçiliyimizə qarşı ötürdüyü qərəzli informasiyaların fonunda görsənməli və danışmalı deyildimi?”

NOCOMMENT.az bildirir ki, bu sözləri jurnalist İlham Məmmədzadə özünün “Facebook” hesabında qeyd edib. O, həmçinin bildirib:

“Bəlkə də hər gün və lazımi yerlərdə danışır və fəaliyyətdədir, mənim diqqətimdən yayınıb. Amma hər bir halda əvvəlki təki gözümə dəymir.

Təyin olunan biznesmen Deputatlar və əli korrupsiyaya bulaşmış məmur ordusundan zatən bu dövlətə və ölkəyə bir fayda yoxdur.

Daxilimizdə olan qorxaq və mövqesiz bəzi deputat və məmur toplusu xarici düşmənlərdən daha təhlükəlidir.

Bu kimi məqamlarda hər bir atılacaq addımları ölkə başçısından gözləmək, onu irəliyə vermək doğru olmazdı.

Düşmən quyusuna su tökən sapı özümüzdən olan baltalar isə ən azı düşünməlidirlər ki, düşmən də elə bunu gözləyir ki, ölkədə nə isə bir balaca ara qarışsın və Qarabağ ilə bağlı revanş siyasətini həyata keçirsin.

Mövqesiz və qorxaq insanlar daha təhlükəlidir”.

Xezernews.az