Prezidentin köməkçisi Məhərrəm Əliyevin nəvəsi Moskvada qəzaya düşdübackend

Prezidentin köməkçisi Məhərrəm Əliyevin nəvəsi Moskvada qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, general-polkovnik Məhərrəm Əliyevin nəvəsi Moskvanın şimalında qəza keçirib.

NOCOMMENT.az xəbər verir ki, REN TV-nin məlumatına görə, hadisə paytaxtın Böyük Akademik küçəsində baş verib. Belə ki, oğlanın idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobili “Lexus”la toqquşub.

Qəza zamanı heç kim xəsarət almayıb. Qəzanın səbəbləri araşdırılır.

Virtualaz.org