Yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə qoşulmaq üçün müraciət etməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu “Tengrinews” portalına müsahibəsində Qazaxıstan prezidentinin müşaviri və mətbuat katibi Berik Uali deyib.
Onun sözlərinə görə, ölkə prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın BRİKS-ə qoşulması ilə bağlı təkliflər alıb və onun tapşırığı ilə müvafiq idarələr tərəfindən milli maraqlar baxımından təhlil edilir.
“Çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən imtina edəcək, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini, habelə bu assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər məsələləri nəzərə alacaq”, – deyə Uali bildirib.
O, həmçinin qeyd edib ki, Tokayev dəfələrlə BMT-nin ümumbəşəri və alternativsiz təşkilat kimi bütün aktual beynəlxalq problemlərin, o cümlədən ədalətli dünya nizamının qurulması ilə bağlı məsələlərin müzakirə oluna biləcəyi lehinə çıxış edib.
Qeyd edək ki, BRİKS sammiti oktyabrın 23-24-də Kazanda baş tutacaq və Tokayev bu foruma qonaq qismində dəvət olunub.