Prezidentin sədr təyin etdiyi Xanlar Ağalarov kimdir?backend

Prezidentin sədr təyin etdiyi Xanlar Ağalarov kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Xanlar Adil oğlu Ağalarov Prezident İlham Əliyevin sərəncamına əsasən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinə sədr təyin edilib.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, Xanlar Ağalarov bundan əvvəl Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

Bundan başqa, X.Ağalarov Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə işləyib.

Həmçinin, o 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.

Eyni zamanda X.Ağalaroav Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.