Prezidentin sözçüsü: Azərbaycanın Ermənistanla bağlı gözləntiləri varbackend

Prezidentin sözçüsü: Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, Kalın bu prosesin düzgün istiqamətdə davam etdiyini söyləyib.

“Sərhədlərin açılması ilə bağlı texniki işlər görülür. Proses müsbət şəkildə irəliləyir. Ermənistanla Azərbaycan arasındakı prosesin sağlam şəkildə irəliləməsi vacibdir. 30 il ərzində olmayan təmaslar indi qurulur.

Qarabağ məsələsi çözülüb. Paralel olaraq Azərbaycanın Ermənistanla bağlı gözləntiləri var. Uyğun zamanda və uyğun şəraitdə lazımi addımlar atıla bilər”, – deyə Kalın bildirib.