Prezidentlə xanımı hadisəni nəzarətə götürübbackend

Prezidentlə xanımı hadisəni nəzarətə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”.

NOCOMMENT.az xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.

O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.