Prezidentlər Qarabağı müzakirə etdibackend

Prezidentlər Qarabağı müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremldə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə görüşü keçirilir.

NOCOMMENT.az Rusiya mətbuatına xəbər verir ki, görüş zamanı başlıca müzakirə mövzularından biri Qarabağ məsələsi olub.

Putin Azərbaycan Prezidentinə məsələnin həllilə bağlı kompromis variantların tapıldığı üçün təşəkkürünü bildirib.

Həmçinin, ikitərəfli münasibətlərə də toxunan Rusiya dövlət başçısı bildirib ki, ölkələr arasındakı iqtisadi münasibətlər tədricən pandemiyadan əvvəlki səviyyədək bərpa olunur.

Azərbaycan Prezidenti İlham Əliyev isə bəyan edib ki, Azəbaycan Qarabağ münaqişəsindən sonrakı dövrün maksimal dərəcədə ağrısız keçməsi üçün qətiyyətli mövqe tutub.

Həmçinin, dövlət başçısı ümidvar olduğunu bildirib ki, ümumi səylər nəticəsində buna nail olunacaq.
Modern.az