Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu bəlli olub.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki,dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu “Kıstıbıy” təqdim edilib.
İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.
Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.
Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub.