Prezidentlərin iştirakı ilə İran-Azərbaycan sərhədində yeni bəndin açılışı olacaqbackend

Prezidentlərin iştirakı ilə İran-Azərbaycan sərhədində yeni bəndin açılışı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə İran-Azərbaycan sərhədində yeni bəndin açılışı olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “TasnimNews” agentliyi xəbər verib.

Mayın 19-da Azərbaycan və İran prezidentləri Əliyev və Rəisinin iştirakı ilə Ərdəbil əyalətinin Parsabad şəhərində, İran–Azərbaycan sərhədində yeni “Qız Qalası” su bəndinin açılışı olacaq.

Məlumata görə, mayın 19-da İran prezidenti İbrahim Rəisi Parsabad-Muğan bölgəsinə bir günlük səfəri zamanı İran və Azərbaycanın birgə məhsulu olan “Qız Qalası” su-torpaq bəndinin açılışında iştirak edəcək. Açılış mərasimi habelə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək.