Prezidentliyə namizəd Fazil Mustafa səs verib – FOTObackend

Prezidentliyə namizəd Fazil Mustafa səs verib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkisində səs verib.

NOCOMMENT.az “report”a istinadən xəbər verir ki, F.Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Seçki məntəqəsində siyahıda 1 443 seçicinin adı var. 8 nəfər qeydiyyatdan çıxma ilə müraciət edib. İndiyədək 200-dən çox seçici səs verib.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.