Priqojinin 2019-cu ildəki videosundakı maraqlı mesajıbackend

Priqojinin 2019-cu ildəki videosundakı maraqlı mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündən sonra bir çox sual işarələri yaranıb. Vaqner liderinə sui-qəsd edib-edilməməsi sual altına alınsa da, bunu kimin etdiyi böyük sual işarəsidir. Ancaq  2019-cu ildə Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü açıqlansa da 3 gün sonra yayımladığı videoda özünü göstərmişdir.

NOCOMMENT.az xəbər verir ki, 2019-cu ilin oktyabrında Konqo Demokratik Respublikasında göyərtəsində 8 nəfərin olduğu AN-27 hərbi təyyarəsi qəzaya uğradı. Həmin vaxt Priqojinin də təyyarədə atası ilə birlikdə olduğu iddia edilmişdir.  Ancaq üç gün sonra Vaqner liderinin sağ olduğu məlum oldu.

Ötən gün təyyarədə dünyasını dəyişən Yevgeni Priqojinin sağ əli Dmitri Utkinlə bu maraqlı söhbəti yayılıb.

Utkin: Ölüm son deyil, başqa bir şeyin başlanğıcıdır

Priqojin: Hamımız cəhənnəmə gedəcəyik və cəhənnəmin ən yaxşısı olacağıq.

Priqojinin ölümü ilə bağlı iddialardan sonra özlərini Vaqner döyüşçüləri kimi tanıdan qrup sosial mediada liderlərinin öldüyü təsdiqlənərsə, qisas alacağını vəd edən video yayımlayıb.

NOCOMMENT.AZ