“Prius”la 50 yaşlı kişini vurub öldürdübackend

“Prius”la 50 yaşlı kişini vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində Zakir Musayev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada 1975-ci il təvəllüdlü Elşən Paşa oğlu Əskərovu vurub.

Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən piyada orada vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.