Problem bizdə yox, onlarda idi – Qurban Qurbanovbackend

Problem bizdə yox, onlarda idi – Qurban Qurbanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün “Bayer” öz oyunu ilə göstərdi ki, həm Bundesliqada, həm də Avropa Liqasının qrup mərhələsində liderdir. Rəqibimizi təbrik edirəm. Futbolçularım çox əziyyət çəkdilər. Əlbəttə, müdafiəyə oturmaq istəmirdik. Boşluqlar verdik. Rəqib komanda topla çox yaxşı davranırdı. Bunu əvvəldən də bilirdik. Bu gün bir daha şahid olduq ki, səviyyə fərqi var. Nəticə göstərdi ki, rəqib bizdən çox yuxarıdadır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə “Bayer”ə məğlub olan “Qarabağ”ın (5:1) çalışdırıcısı Quban Qurbanov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Sizcə, hesab səviyyə fərqinin göstəricisidir?

– Bu gün “Bayer” 5 qol vurubsa, bu onların ustalığıdır. Problem bizdə yox, onlarda idi. Həddindən artıq çox yaxşı komandadır. Nə müdafiədə, nə də digər mövqelərdə zəif futbolçuları yox idi. Ən başlıcası isə öz oyun sistemlərini çox yaxşı yerinə yetirirdilər. Bu, komandanın ciddiliyini göstərir. Hər şeyə real baxmalıyıq.

– Növbəti turda “Molde” qələbə qazansa, xallar bərabərləşəcək. Bakıda “Bayer”dən xal almaq mümkündürmü?

-Biz qarşıdakı oyuna hazırlaşacağıq. Almaniya komandaları heç bir oyuna arxayın çıxmırlar və bütün oyunlara çox ciddi yanaşırlar. İnanmıram ki Bakıdakı görüşə arxayın çıxsınlar. Heyətlərində də elə bir oyunçu yoxdur. Oyunlara lazım olduğu qədər ciddi hazırlaşacağıq.

– Azərbaycan klublarının bu cür rəqiblərlə oynaması üçün nə lazımdır?

– Məncə, bugün bu məsələ müzakirə mövzusu deyil. Reallığa baxmalıyıq.

– Julio Romaonun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi?

Bunun səbəbi yoxdur. Elə oyunçular var idi ki, onlara tapşırıqlar verilmişdi və yerinə yetirirdilər. Hansısa epizodlara çatmırsa, o demək deyil ki zəif oynayırlar. Qarşıdakı oyunçunu da nəzərə almaq lazımdır. Romao təcrübəli futbolçudur və belə oyunlarda meydanda olması lazımdır.