“Problemli kreditlərin azalmasının 2 səbəbi ola bilər”backend

“Problemli kreditlərin azalmasının 2 səbəbi ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Problemli kreditlərin həcminin azalması ilə bağlı məlumat vaxtaşırı yayılır. Amma heç vaxt demirlər ki, azalma nəyin hesabına baş verir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Valyuta.az-a iqtisadçı ekspert Əkrəm Həsənov problemli kreditlərin azalma səbəbindən danışarkən deyib. Əkrəm Həsənov bu məsələdə iki variantın olduğunu hesab edir:

“Birincisi, bank problemli kreditlərini qaytarıb və azalma bunun hesabına baş verib. İkincisi, əksinə bank krediti qaytara bilməyib və ümidsiz kredit kimi ümumiyyətlə, onu silib. Birinci halda bank pulunu qaytarıb, yəni bu yaxşı haldır. İkinci halda isə bank itirib. Buna baxmaq lazımdır ki, kreditlərin hansı hissəsi batıb, hansı hissəsini isə bank məhkəmə və digər yollarla qaytarıb”.

Ekspert ehtimal edir ki, kreditlərin əksər hissəsi ümidsiz kimi silinib, xeyli hissəsini də qaytarıblar.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankından bildirilən məlumata görə, yanvarın 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 0,6% azalaraq 437,8 milyon manata enib.