Problemli kreditlərin həcmi açıqlandıbackend

Problemli kreditlərin həcmi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, milli valyuta ekvivalentində 24362,5 milyon manat təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, Mərkəzi Bankın təqdim etdiyi məlumatag görə, ümumi kredit portfelinin 20370,1 milyon manatı və ya 83,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22,2 faiz azalaraq 454,1 milyon manat olmuş və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.