Prodüserdən pul oğurlamaq istədilərbackend

Prodüserdən pul oğurlamaq istədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser Təranə Səmədovanın başına iş gəlib.

NOCOMMENT xəbər verir ki, bu haqda axsam.az-a açıqlama verən prodüser bildirib ki, bank kartından pul oğurlamaq istəyiblər: “Evimdəki pianonu satmaq üçün internetdə səhifələrdən birinə yerləşdirdim. Məryəm adlı bir xanım zəng etdi ki, pul göndərəcəm, sabah pianonu götürərəm. Qazaxıstandan zəng gəldi, özünü Məryəm xanımın köməkçisi kimi təqdim etdi. Dedi ki, kartınızı atın pulu köçürək. Atdım, ad-soyad dedim. Başladılar ki, arxadakı kodu deyin. Onda başa düşdüm. Dedim ki, məndən pul oğurlamaq alınmadı, məni söyüb “blok” etdi.

Sonra mesaj gəldi ki, siz saytdan 50 manat qazanmısınız, əlaqə yaradacağıq. Bir nəfər zəng etdi, kişi qəribə tonda danışır ki, 50 manat qazanmısınız, kart atın köçürək. Bildim ki, eyni adamlardır. Dələduzluqlarını anladığımı görüb, yazdığı mesajı silib məni yenə “blok” etdi”.