Vladimir Zelenskinin ofisi Ukraynada sülhə nail olmaq şansını pozur.
NOCOMMENT.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru Tuomas Malinen deyib.
Onun sözlərinə görə, indi məhz Kiyev və NATO-nun mövqeyinə görə sülhə nail olmaq xeyli çətindir.
“NATO və Zelenski administrasiyasının münaqişəni daha da pisləşdirməyə yönəlmiş daimi səyləri səbəbindən Ukraynada sülhə nail olmaq indi daha çətindir”, – o, “X” sosial şəbəkəsində yazıb.