Professor ölkənin NATO-ya daxil olmasını ən axmaq addım adlandırıbbackend

Professor ölkənin NATO-ya daxil olmasını ən axmaq addım adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın NATO-ya daxil olması ölkə hakimiyyətinin ən axmaq addımıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Helsinki Universitetinin professoru, iqtisadçı Tuomas Malinen Neutrality Studies YouTube kanalında bildirib.

Alim qeyd edib ki, Finlandiya indi sadəcə öndə gedən dövlət deyil. O, Rusiyanın potensial zərbələri üçün əsas hədəfə çevrilib. Hakimiyyət öz ölkəsini hədəfə çevirib. Malinen Şimali Atlantika Alyansına qoşulmağı Finlandiyanın bütün tarixində edə biləcəyi ən axmaqlıq adlandırıb.

Professor Finlandiyanın uzun onilliklər ərzində Rusiya ilə sülh münasibətlərində olduğunu, iki dövlət arasında iqtisadi əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayıb. Və bu, ölkələrin əvvəllər bir-biri ilə vuruşmasına baxmayaraq baş verdi.