NATO-nun təzyiqi ilə Rusiyanın səbri tükənə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Hindistanın WION kanalının efirində Cənub-Şərqi Norveç Universitetinin professoru Qlen Dizen deyib.
“Hesab edirəm ki, indi hamı odla oynayır. Hadisələr çox sürətlə eskalasiyaya doğru gedir. Biz Rusiya ilə NATO arasında birbaşa toqquşmaya doğru gedirik. Rusiyanın da səbri tükənir və ona təzyiq etmək variant deyil”, – o deyib.
Onun sözlərinə görə, Avropa Rusiyanın hərbi potensialını düzgün qiymətləndirmir və Ukrayna münaqişəsinin əsas səbəblərini anlamır. Professor qeyd edib ki, hazırda Moskvanın bütün kozırları var, amma avropalılar bunu başa düşmürlər. O hesab edir ki, onlar bu reallığı etiraf etməlidirlər, o zaman Ukraynada vəziyyətin nizamlanması üzrə danışıqlar effektli olacaq.