Professorun ölkədən çıxışına “stop” qoyuldu – SƏBƏBbackend

Professorun ölkədən çıxışına “stop” qoyuldu – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisad elmləri doktoru, professor Niyazi Həsənovun rəhbəri olduğu şirkətə görə ölkədən çıxışına məhdudiyyət qoyulub.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Niyazi Həsənovun rəhbəri olduğu “AGRO SUPPLY SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 6823,24 manat vergi borcuna görə məhkəməyə müraciət edilib.

Məhkəmənin qərarı ilə 1958-ci ildə Salyan rayonunda anadan Niyazi Həsənovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan İqtisad Universitetində müəllim işləyən Niyazi Həsənov “Bərəkət” İctimai Birliyinin də sədridir.