Prokuror Dövlət Xidmətinin keçmiş rəisinə cəza istəyibbackend

Prokuror Dövlət Xidmətinin keçmiş rəisinə cəza istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

NOCOMMENT xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Eyni zamanda, dövlət ittihamçısı Mədəniyyət Nazirliyi tərəfindən təqsirləndirilən şəxsə qarşı əlavə olaraq qaldırılan 5 milyon 327 min 900 manat dəyərində mülki iddianın təmin olunmasını tələb edib.

Növbəti proses dekabrın 6-da davam etdiriləcək.