Prokuror mərhumun əmlakının müsadirə edilməsini istədibackend

Prokuror mərhumun əmlakının müsadirə edilməsini istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların sübut və dəlillərlə, həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini qeyd edib, verilmiş maddələrlə təqsirli bilinməsini təklif edib.

Vüqar Quliyev qeyd edib ki, Vidadi Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir. Prokuror bildirib ki, mərhum Vidadi Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses yanvarın 18-də davam edəcək.