Prokuror sabiq baş həkimə cəza istəyibbackend

Prokuror sabiq baş həkimə cəza istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokuror Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin 9 il, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il və Qulu Orucovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

NOCOMMENT xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin olunub.