Prokurorluq bacısını doğrayan şəxslə bağlı məlumat yaydıbackend

Prokurorluq bacısını doğrayan şəxslə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırma aparılması barədə məlumatlar yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Baş Prokurorluq hadisə ilə bağlı məlumatb yayıb.

Bildirilib ki, paytaxt sakini Natiq Çələbiyevin aralarında yaranmış mübahisə zəminində onunla eyni evdə yaşayan bacısı İradə Çələbiyevaya 4 bıçaq xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurması faktı əsasında Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Natiq Çələbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.