KoronaVirus İnformasiya Portalı
Prokurorluq Bakıdakı intihar hadisəsi ilə bağlı məlumat yayıbbackend

Prokurorluq Bakıdakı intihar hadisəsi ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Bu barədə NOCOMMENT-ə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.