Prokurorluq keçmiş arvadını öldürən şəxslə bağlı MƏLUMAT YAYDIbackend

Prokurorluq keçmiş arvadını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 28-də Cəlilabad rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Cəlilabad rayon Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, istintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Bayramov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.