Prokurorluq Lerikdəki qətllə bağlı məlumat yaydıbackend

Prokurorluq Lerikdəki qətllə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızına məxsus üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Lerik rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatlarını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.