Prokurorluq: Pavel Durov məhkəmə nəzarəti şərtlərinə tam əməl edirbackend

Prokurorluq: Pavel Durov məhkəmə nəzarəti şərtlərinə tam əməl edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Telegram-ın həmtəsisçisi Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir və ona qarşı ittihamlar irəli sürüldükdən sonra müəyyən edilmiş nəzarət şərtlərinə tam əməl edir.

NOCOMMENT.az xəbər verir ki, bunu RTL radiosunun efirində Paris prokuroru Lor Beko deyib.

“Bu, hazırda məhkəmə orqanları ilə tam əməkdaşlıq çərçivəsindədir”, – o, səhər proqramının aparıcısının Durovun məhkəmə nəzarəti şərtlərinə əməl edib-etməməsi və həftədə iki dəfə hesabat verib-verməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Prokuror həmçinin bildirib ki, Durova qarşı birbaşa istintaqa başlamaq qərarı Telegram-ın fransız müstəntiqlərinin sorğularına cavab verməməsi, həmçinin “çox vaxt virtual hesab edilən dünyada mütəşəkkil cinayətin inkişaf etdiyini göstərmək istəyi ilə bağlıdır” .

O, həmçinin qeyd edib ki, bu məqsədlə Fransada qeyri-qanuni əməliyyatlara görə internet platformasının idarə olunmasına görə məsuliyyətə cəlb olunmağa imkan verən qanun yaradılıb.