Prokurorluqdan çörək zavodunda ölən qadınla bağlı açıqlamabackend

Prokurorluqdan çörək zavodunda ölən qadınla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadının ölümü ilə bağlı çörək zavodunun işçisi cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, cari ilin yanvarın 7-də paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda istintaq aparılıb.

İstintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydaların tələblərini pozaraq xəmir qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.

Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilib.