Proses başlayır: Separatçı birləşmələr çıxarılır, Şuşanın 26 kəndi isə… – ŞƏRHbackend

Proses başlayır: Separatçı birləşmələr çıxarılır, Şuşanın 26 kəndi isə… – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm kuluarlarda, həm sosial şəbəkələr, həm də digər kütləvi informasiya vasitələrində Xocalı, Ağdərə və Xocavəndin yaxında ordumuzun nəzarətinə veriləcəyi barədə iddialar yayılıb. Xocavənd, Ağdərə və digər ərazilərimizin tam Azərbaycanın suverenliyinə verilməzdən əvvəl Şuşanın 26 kəndi məsələsinin gündəmdə olduğunu düşünürəm. Şuşa o vaxt böyük bir rayon idi, sakinləri tamamilə azərbaycanlılardan ibarətdi. Şuşanın mərkəzi azad edilsə də, 26 kəndinə girə bilmirik. Bu məsələ də ciddiliyi ilə Moskva qarşısında qoyulub”.

NOCOMMENT.az xəbər verir ki, politoloq Qabil Hüseynli belə açıqlama verib.

O bildirib:

“Bundan başqa, Xankəndinin özünə də azərbaycanlıların qaytarılması məsələsi də Azərbaycan rəhbərliyi tərəfindən gündəmə gətirilib. Biz ermənilərlə birgə yaşamağa hazır olduğumuzu bəyan etmişik. Buna adekvat olaraq, azərbaycanlıların Şuşanın kəndələri, Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə qaytarılması məsələsinin həlli aktual şəkildə gündəmdədir. Hesab edirəm ki, bu məsələlər xoşluqla həll edilməsə, Azərbaycan ordusunun indi hazırlamaqda və cilalamaqda olduğu antiterror əməliyyatları ilə çözülə bilər. Əgər anlaşmalar yerinə yetirilməyəcəksə, antiterror əməliyyatları Laçın dəhlizinədək böyük əraziləri əhatə edəcək”.