Prosses başladı: Qarabağdan ağır silahlar çıxarılırbackend

Prosses başladı: Qarabağdan ağır silahlar çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə erməni mənbələri Azərbaycanın daha bir tələbinin yerinə yetirilməsinin başlandığını bildiriblər.

NOCOMMENT erməni teleqram kanallarına istinadən xəbər verir ki, artıq bu səhərdən etibarən ermənilər Qarabağdan artilleriya qurğularını çıxarırlar.

Prosses rus sülhməramlıların nəzarəti altında baş tutur. Məlumata əsasən, sentyabrın sonuna qədər Qarabağda ermənilərin heç bir ağır silahı qalmayacaq.

Qarabağdakı separatçıların qondarma qüvvələri isə qondarma xalq milisinə çevriləcək. Bu da yalnız müvəqqəti keçid qərardır. Qarabağda ermənilərin heç bir statusu olmayacaq, müvafiq olaraq, heç bir milisdən də söhbet gedə bilməz. Qarabağda erməni milislərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi və öz formasını Azərbaycan polis əməkdaşlarının formasına dəyişəcəyi bildirilir.