Psixi sağlamlığın hansı mərhələsində psixiatra müraciət etmək lazımdır?backend

Psixi sağlamlığın hansı mərhələsində psixiatra müraciət etmək lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hansı həkimə müraciət etmək lazımdır?, nə zaman psixiatra getmək lazımdır? və ya məndə psixiatrik bir hal varmı?” kimi hallar insanları çox narahat edir.

NOCOMMENT.az xəbər verir ki,  Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu barədə danışıb.

Həkim Psixiatr Zaur Qasımov_10

O bildirib ki, şəxsin daxilində hər hansı bir narahatlıq varsa da bu narahatlıq gündəlik fəaliyyətdə problemlər yaradırsa və ətrafdakılar ilə münasibətdə hər hansı bir pozuntulara yol verirsə bu insanın gündəlik həyat keyfiyyətlərinin pozulmasına səbəb olur:

“Əlbəttə ki, belə şəxslər keçirdiyi daxili iztirablara dözməkdə əziyyət çəkirlər. Belə şəxslərin Həkim-psixiatra getməsində böyük bir fayda var”.

O, son olaraq qeyd edib ki, əksər hallarda psixi xəstələr öz xəstəliklərinin fərqində olmurlar:

“Ətrafdakılarla münasibətdə istər iş yoldaşları, istər ailə üzvləri, istərsə də yaxınları bu insanı əvvəlki insan kimi görmürlər və onların davranışlarında, danışıqlarında, əhval-ruhiyyəsində pozuntu halları aşkar edirlər. Psixi sağlamlığı pozulan şəxslər isə bu halları özündə hiss etməyə bilər. Lakin, yaxınlarının bu şəxsləri həkim-psixiatra gətirmələri məqsədə uyğun hesab edilir”.