Psixiatriya xəstəxanasından iki nəfər qaçıbbackend

Psixiatriya xəstəxanasından iki nəfər qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda psixiatriya xəstəxanasından 2 nəfər qaçıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Görülən operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil veriliblər.