UEFA Çempionlar Liqasının finalında “İnter”ə (İtaliya) qalib gələn PSJ (Fransa) rekord sayda pul mükafatı əldə edib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin qalibi olduğuna görə 10,5 milyon, finalda qələbə qazandığı üçün 6,5 milyon, UEFA Superkubokuna vəsiqə əldə etdiyi üçün isə büdcəsinə 4 milyon avro yazdırıb.
Paris klubunun mövsüm ərzində ümumi qazancı 148,4 milyon avro olub. Bu isə UEFA-nın pul mükafatları tarixində rekord göstəricidir.
Qeyd edək ki, PSJ ötən gün finalda “İnter”ə 5:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.