PSJ-nin baş məşqçisi bəlli oldu – İDDİAbackend

PSJ-nin baş məşqçisi bəlli oldu – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin yeni baş məşqçisinin adı böyük ölçüdə məlumdur.

NOCOMMENT.az xəbər verir ki, “beIN Sports”un əməkdaşı Ömər Altundağın iddasına görə, parislilərin yeni çalışdırıcısı “Nitsa”nın baş məşqçisi Kristof Qaltye olacaq.

 

 

O, PSJ-nin baş məşqçi ilə bağlı qərar verdiyini, klubun yeni idman direktoru Luis Kamposun təkidi ilə Qaltyenin əsas namizəd olduğununu bildirib .

Kristof Qaltyenin “Nitsa” ilə müqaviləsi 2024-cü ilə qədərdir. Luis Kampos və Qaltye Fransanın “Lill” klubunda birlikdə çalışıblar.

Qeyd edək ki, dünya mətbuatında PSJ-nin Maurisio Poçettino ilə müqaviləni ləğv etmək barədə razılığa gəldiyi iddia olunur.

fanat.az