PSJ prezidenti və FİFA-nın keçmiş baş katibi həbs edilə bilərbackend

PSJ prezidenti və FİFA-nın keçmiş baş katibi həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pari Sen-Jermen futbol klubunun, beIN Media Group Nasser mediaholdinqinin rəhbəri Nasser əl-Xelaifi və FİFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiya ilə bağlı iş üzrə üç ilə qədər həbs cəzası ala bilərlər.

NOCOMMENT-in Avropa mətbuatına istinadən xəbərinə görə, ilk məhkəmə işində İsveçrə Prokurorluğu əl-Xelaifiyə 28 ay, Valkeyə 3 il həbs cəzası tələb edib. Əgər prokurorluğun tələbi təmin edilsə, bu hadisə Avropa futbolu tarixində ilk olacaq.

Xatırladaq ki, əl-Xelaifi və Valke dələduzluqda, saxta sənədlərin hazırlanmasında, xüsusi şəxslərin ələ alınmasında şübhəli bilinirlər. İstintaqın məlumatına görə, əl-Xelaifi dünya çempionatları matçlarının translyasiyası hüquqlarının alınması üçün Valkeyə rüşvət verməkdə ittiham edilir. 2018-ci ilin yanvarında Valke 12 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.