PUA ilə düşmən hədəflərini məhv edən şəhidimiz – VİDEObackend

PUA ilə düşmən hədəflərini məhv edən şəhidimiz – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölümündən sonra təltif olunan şəhidlərimizdən bir də Neftçala rayonundan olan gizir Ağasadıq Aslanovdur.

NOCOMMENT.az xəbər verir ki, Aslanov Ağasadıq Xəlil oğlu 1991-ci ildə Neftçala rayonunun Kürqarabucaq kəndində anadan olub.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində 42 gün igidliklə döyüşərək 29 yaşında şəhid olub.

42 gün düşmənə qan udduran hərbçimiz pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasında və düşmən hədəflərinin məhv edilməsində göstərdiyi şücaətinə görə Ali Baş Komandan tərəfindən ən ali mükafatlarla – “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin atası Xəlil Aslanov deyir ki, Ağasadıq öz istəyi ilə hərbçi olmuşdu. Hərbi xidməti başa vurandan sonra atası Xəlil kişi ilə məsləhətləşdikdən sonra Ordu sıralarına qatılır. Hərbi xidmət zamanı göstərdiyi cəsarət və fəallıq komandirlərin gözündən yayınmayıb. O, pilotsuz aparatların idarə edilməsi kursuna qəbul edilib. Təlim zamanı yiyələndiyi bilikləri döyüşdə bacarıqla tədbiq edərək düşmən istehkamlarını dəqiq hədəfə alaraq məhv edib.

Ağasadıq Aslanovun döyüş yolu Fizulidən, Cəbrayıldən, Zəngilandan, Qubadlı və Şuşadan keçib. 42 gün cəsarətlə döyüşüb. Müharibənin bitməsinə bir gün qalmış Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanan qəhrəman şəhid olub.

Bu gün hamı Ağasadığın əxlaqlı və vətənpərvər olduğundan ağız dolusu danışır.

Anası Məlahət Aslanova deyir ki, oğlum müharibə başlayarsa, şəhid olacağını qürurla bildirirdi. Məhz bu istəyin nəticəsidir ki, Ağasadıq hamının sevimlisinə çevrilib. İgid döyüşçümüz ölümündən sonra bir medal və bir ordenlə təltif edilib. Verilən qiymətlə bu gün bütün Neftçala qürur duyur. /Report