PUA-larımız “düşmən” mövqeyini məhv etdi – Videobackend

PUA-larımız “düşmən” mövqeyini məhv etdi – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Real döyüş şəraitinə uyğunlaşdırılmış məşqlərdə hərbi qulluqçular müasir texniki vasitələr və yeni döyüş taktikasından istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil yarımqruplar tərkibində fəaliyytələr yerinə yetirilib.

Tapşırıqların icrası zamanı zərbə PUA-sından da məharətlə istifadə edilib.