Pulu səhvən başqa karta göndərdiniz? – Ekspertdən “nə etməli?” sualına CAVABbackend

Pulu səhvən başqa karta göndərdiniz? – Ekspertdən “nə etməli?” sualına CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən bank kartlarına köçürmələr edərlən 16 rəqəmli kodun yazılışında yanlışlığa yol veririlir. Yaranmış problemə görə bankla əlaqə saxladıqda isə vətəndaşa polisə müraciət etmək tövsiyə edilir.

Maraqlıdır, vətəndaş yanlışlıqla başqasına köçürdüyü vəsaiti necə geri ala bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Elman Sadıqov bildirib ki, bank vəsaitin köçürüldüyü müştərinin xəbəri olmadan kart üzərindən heç bir əməliyyatı icra edə bilməz:

“Vətəndan başqasının kartına yanlışlıqla pul köçürə bilər. Amma unutmamalıyıq ki, yanlışlıqla da olsa pul qəbul etmiş şəxsin kartına ondan xəbərsiz müdaxilə etmək olmaz. Bankın vəsaitin göndərildiyi şəxsin xəbəri olmadan kart üzərində hər hansı əməliyyat icra etməyə ixtiyarı yoxdur. Yəni bank kiminsə sözü ilə yanlışlıqla köçürülən pulu geri qaytara bilməz. Kart vətəndaşın şəxsi əmlakıdır və onun informasiya toxunulmazlığı var. Buna görə də banklar bu kimin hallarda polisə müraciət etmək lazım olduğunu söyləyirlər”.

Ekspertin sözlərinə görə, vətəndaş pul köçürdüyü kart sahibinin müəyyən olunması üçün polisə müraciət etməlidir:

“Bu, polisin işidir. Bank bunu vətəndaşa ona görə bildirmir ki, tərəflər arasında cinayət həddinə çata biləcək hadisə baş verə bilər. Ona görə də vətəndaş polisə müraciət etməlidir. Polis məsələni aydınlaşdırmaq üçün araşdırma aparır. Polis kart nömrəsi üzrə banka sorğu ünvanlayır. Şəxs müəyyən olunduqda ona pulun səhvən köçürüldüyü bildirilməli və geri qaytarılması istənilməlidir. Lakin burada da çətinliklər olur. Çünki bu məsələdə bank tərəfindən işləyən hansısa hüquqi prosedur və mexanizm yoxdur”.

Aygün Mirakif,