Pulunu idarə edə bilirsənsə…backend

Pulunu idarə edə bilirsənsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pulun idarə edilməsi bacarıqları insanlarda daha çox olarsa, bu təkcə insanın özü üçün deyil, eyni zamanda o coğrafiyada yaşayan insanlar üçün də faydalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov “Pulun idarə olunmasının vacibliyi”ni şərh edən zaman deyib.

Ekspert bildirib ki, bu gün artıq iqtisadi fəaliyyət növləri həddindən artıq şaxələnib. Pulun idarə edilməsi üzrə bacarıqlı olan şəxslər artıq evdən kənara çıxmadan, ölkəsini dəyişmədən dünyanın hər yerindən öz ölkəsinə və özünə pul qazandıra bilir:

“Pulun idarə edilməsi beynəlxalq maliyyə bazarlarında davranış bacarıqlarının artırılması hesabına mümkündür. Təbii ki, bunun üçün müəyyən bacarıqlara sahib olmaq lazımdır. Əvvəlcə maliyyə bazarları haqqında məlumatlı olmaq, maliyyə bazarlarının fundamental təhlilini bilmək lazımdır. Texniki analizi bacarmaq qabiliyyəti olmalıdır. Bütün bunlarda əslində xüsusi iqtisadi ali təhsil tələb etmir. Sadəcə müəyyən qədər viziyon olmalıdır və insanın özündə olan sadə bacarıqların inkişaf etdirilməsi nəticədə hədəflərə nail olmasına imkan verə bilər”.