Puqaçov: Putinin varisi ukraynalı olacaqdıbackend

Puqaçov: Putinin varisi ukraynalı olacaqdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurasının hazırkı rəhbəri, Xmelnitski vilayətindən olan Valentina Matviyenko əvvəllər Vladimir Putinin varisi olmaq üçün təlim keçib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Putinin keçmiş dostu, hazırda Fransada yaşayan Sergey Puqaçov danışıb.

“Mən Valyanı çox yaxşı tanıyıram. Valentina bir vaxtlar Putinin varisi olmaq üçün təlim alıb. Ona varislik təklifi Medvedyev və Sergey İvanovdan əvvəl edilmişdi. Valentina o zaman Sankt-Peterburq qubernatoru idi. Putin həqiqətən də onu dəvət etdi, danışdı, varis olmağı təklif etdi. Putin ona dedi ki, varis olduqdan dörd il və ya dörd ay sonra Valentina getməlidir”, – deyə Puqaçov bildirib.

Onun sözlərinə görə, Matviyenko o zaman korrupsiya ilə məşğul olmayıb: “Valentina bütün Putin komandasından fərqli olaraq, qətiyyətli insandır. Mən şəxsən onun korrupsiya ilə məşğul olduğunu eşitməmişəm. Əminəm ki, Putin komandası onun varis olmasına mane oldu. Yadımdadır, adamlar yanıma gəlib dedilər: “Volodyaya de ki, Matviyenko bütün şəhərə gələcək prezident olduğunu deyib. Şəhərdə deyirlər gəlin, sıraya düzülək, indi bölgü başlayacaq”. Bu, təbii ki, belə deyildi. Valentina sadəcə onları qane etmirdi. Çünki Valentina mülayim bir insan deyildi”.

Qeyd edək ki, Valentina Matviyenko əslən ukraynalıdır.