Puşkov: NATO bizi dialoq tərəfdaşı deyil, düşmən hesab edirbackend

Puşkov: NATO bizi dialoq tərəfdaşı deyil, düşmən hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, NATO Rusiyanı dialoq tərəfdaşı deyil, düşmən hesab edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

Puşkov qeyd edib ki, Alyansın baş katibi Yens Stoltenberqin Rusiya ilə dialoqun mümkünlüyü barədə bu yaxınlarda söylədiyi sözlərə baxmayaraq, NATO-dan dialoq əvəzinə, yenidən yeni silah növləri tədarük ediləcək.

“Biz onlarla dəfə belə bəyanatlar eşitmişik. Bu dəfə də belə olacaq. NATO ilə heç bir dialoq olmayacaq. NATO bizi dialoq tərəfdaşı deyil, düşmən hesab edir”, – Puşkov Telegram kanalında yazıb.

Bundan əvvəl Stoltenberq Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoqun zəruri olduğunu bildirib.

Eyni zamanda, o, Ukraynaya 2022-ci ilə qədər kifayət qədər dəstək verilməməsindən təəssüfləndiyini qeyd edib.