Puşkovdan ABŞ-a SƏRT SÖZLƏR: Onlar bununla çalışırlar ki…backend

Puşkovdan ABŞ-a SƏRT SÖZLƏR: Onlar bununla çalışırlar ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sponsorluğu ilə keçirilən “Demokratiya Sammiti” Rusiya və Çinlə qarşıdurmanın bir yoludur.

“NOCOMMENT” Publika.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

O bildirib ki, Amerika sistemi Çin və Rusiyanın simasında digər rəqabət aparan və ya müxalif sistemlərin böyüməsini, yaxud müqavimətini dayandırmaq üçün qalıq siyasi resursları səfərbər etməyə çalışır: “Birləşmiş Ştatlar özünün çiçəklənmə dövründən imitasiya dövrünə qədəm qoyub. Amerika yığılmış ziddiyyətlər səbəbindən xarici ekspansiya qabiliyyətini itirib. Zirvə kimi simvolik addımlar bu vəziyyətə xasdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın təşkil etdiyi, lakin Rusiya və Çinin iştirak etmədiyi, yüzdən çox ölkənin iştirakı ilə virtual “Demokratiya Sammiti” baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sözügedən Sammiti Qərbdə, xüsusilə də ABŞ-da demokratiya və insan haqlarının vəziyyəti ilə bağlı aşkar problemlər fonunda şərh edib. O, sammitin məqsədinin Qərbin müstəqil ölkələrə qarşı çıxması və BMT-nin rolunu sarsıtmaq olduğunu qeyd edib.