Rusiya prezidenti Vladimir Putin hələlik yeni prezidentlik müddətinə namizədliyini açıqlamayıb.
NOCOMMENT.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Belə ki, o , mənbələrə istinadən Putinin guya 2024-cü ilin martında keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəldiyini bildirən “Reuters”in nəşrini şərh edib .
“Putin hələlik bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Və kampaniyanın özü də hələ rəsmi olaraq elan edilməyib”, – Kreml sözçüsü bildirib.
Rusiyada prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.