Putin 6 illik gəlirini açıqlayıbbackend

Putin 6 illik gəlirini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentliyinə namizəd hazırkı lider Vladimir Putin 6 illik gəlirini açıqlayıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, dövlət başçısının təqdim etdiyi bəyannamə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunub.

Sənədə əsasən, 2017-ci ildən 2022-ci ilə qədər Putin 67,5 milyon rubldan çox qazanıb. O, gəlir mənbələrini əmək haqqı, hərbi təqaüd, bank əmanətləri, qiymətli kağızlar, habelə əmlak satışı kimi göstərib. Prezidentin 54,4 milyon rubl dəyərində 10 bank hesabı və 230 səhmi var. O, həmçinin Sankt-Peterburqdakı qaraj kooperativində sahəsi 153,7 kvadratmetr olan mənzildən və dayanacaqdan qeyri-məhdud istifadə ilə təmin olunub.

Prezidentin mülkləri arasında Sankt-Peterburqda sahəsi 77 kvadratmetr olan mənzil və 18 kvadratmetrlik qaraj da var. Onun, həmçinin üç avtomobili – 1960-cı ildə istehsal olunmuş “QAZ M21”, 1965-ci ildə istehsal olunmuş “QAZ M21”, 2009-cu ildə istehsal olunan “Niva” və 1987-ci ildə istehsal olunmuş “Skif” qoşqusu var.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il üç gün ərzində, martın 15-dən 17-dək keçiriləcək.