Putin ABŞ-la danışıqlar platformasına görə Məhəmməd bin Salmana təşəkkür edibbackend

Putin ABŞ-la danışıqlar platformasına görə Məhəmməd bin Salmana təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Rusiya liderinin iqamətgahının mətbuat xidməti aydınlaşdırıb ki, Putin vəliəhdi, krallığın rəhbərliyini və xalqını qarşıdan gələn Səudiyyə dövlətinin təsis edilməsi günü münasibətilə təbrik edib. Rusiya prezidenti həmçinin fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının aparılması üçün əlverişli şəraitin yaradılmasına görə minnətdarlığını bildirib. O, Səudiyyə Ərəbistanının göstərdiyi qonaqpərvərliyin iki nümayəndə heyətinin konstruktiv və məhsuldar işinə töhfə verdiyini vurğulayıb.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.