Putin Afrikaya taxıl zəmanəti verdibackend

Putin Afrikaya taxıl zəmanəti verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərə biləcəklərinə söz verib.

NOCOMMENT.az xəbər verir ki, Putin 27-28 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı məqaləsində ölkəsinin taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyini bildirib.

ABŞ və Avropanın işgüzar dairələri taxıl müqaviləsindən varlanmaq üçün istifadə edir və Ukrayna taxılının 70 faizinin yüksək və orta təbəqənin gəlirli ölkələrinə getdiyini iddia edən Putin, Efiopiya, Sudan, Somali,Yəmən, Əfqanıstan kimi ölkələrin Ukrayna taxılının yalnız 3 faizini müqavilə çərçivəsində əldə etdiyini vurğulayıb.

Ölkəsinin bu il rekord məhsul gözlədiyinə işarə edən Putin, “Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər”,- deyib.

Ölkəsinin 2022-ci ildə Afrikaya 11,5 milyon ton taxıl göndərdiyini bildirən Putin, 2023-cü ilin ilk yarısında 10 milyon ton taxıl göndərdiyini xatırladıb.

Hər il Afrikada 25 ölkə buğda idxalının üçdə birindən çoxunu Rusiyavə Ukraynadan təşkil edir.