Putin “Almaniyanı keçdik” deyərək açıqladıbackend

Putin “Almaniyanı keçdik” deyərək açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya 2022-ci ildə alıcılıq qabiliyyəti paritetinə (PPP) görə dünyanın ən böyük beş iqtisadiyyatı arasında yer alıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dünya Bankının son hesabatına istinad edərək deyib. 

O bildirib ki, Rusiya Qərbin sanksiyalarına baxmayaraq Almaniya kimi ölkələri geridə qoyub.

Qeyd edək ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi rəsmi ölkə məlumatlarına əsaslanan hesablamalara görə, ötən ilin sonunda Rusiyanın ümumi daxili məhsulu alıcılıq qabiliyyəti pariteti (PPP) baxımından 5,51 trilyon dollar təşkil edib .

Hesabata görə, bu rəqəm 3,993 trilyon dollarlıq rəsmi hesablamadan 38 faiz çoxdur!

Məlumatlar həmçinin göstərirdi ki, Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti ilə ölçüldükdə 5 trilyon dollar ÜDM ilə Almaniyanı qabaqlayır .

Strateji İnkişaf və Milli Layihələr Şurasında çıxış edən Putin bu inkişafın “açıq-aşkar pessimist proqnozlara baxmayaraq” baş verdiyini bildirib. 

Putin reytinqin “çox aydın olduğunu” deyib və bu, Rusiyanın PPP baxımından Almaniyanı geridə qoyduğunu göstərir.